BEYNİMDƏ QƏRİBƏLİK

Орхан Памук, 2022

Цена от 163 ₽ в 1 магазине.

Цены в магазинах

МагазинФорматЦена
ЛитресЭлектронная163 ₽

Электронная: за 30 дней цена была от 163 до 174 ₽.

О книге

Orxan Pamuk 1952-ci ildə anadan olub. “Cövdət bəy və oğulları, “Qara kitab romanlarında bəhs elədiklərinə oxşar böyük ailədə, Nişantaşıda böyüyüb. Avtobioqrafik əsəri “İstanbulda söz açdığı kimi, uşaqlıq çağlarından iyirmi iki yaşına qədər daim rəsmlər çəkə, gələcəkdə rəssam olacağını arzulaya-arzulaya yaşayıb. Liseyi İstanbuldakı Amerika liseyinin Robert kollecində bitirib. İstanbul Universitetinin memarlıq fakültəsində üç il oxuyandan sonra rəssam və memar olmayacağını qət eləyib, təhsilini İstanbul Universitetinin qəzetçilik (jurnalistika) fakültəsində davam etdirib. Pamuk iyirmi üç yaşından sonra romançı olmaq qərarına gəlib, hər şeyi atıb və evə qapılaraq yazmağa başlayıb. İlk romanı “Cövdət bəy və oğulları 1982-ci ildə nəşr olunub, “Orxan Kamal Roman Mükafatını və “Milliyyət Roman Mükafatını alıb. Orxan Pamuk sonrakı il “Səssiz ev romanını çap etdirib və həmin əsərin fransız dilinə tərcümə olunması ilə 1991-ci ildə “Prix de la Dekuverte Europeene-ni qazanıb. Venesiyalı köləylə Osmanlı alimi arasındakı gərginlik və dostluqdan bəhs eləyən “Bəyaz qala (1985) bir çox dilə tərcümə olunub, Pamukun beynəlxalq aləmdə məşhurlaşmağına səbəb oldu. Həmin il xanımı ilə Amerikaya gedib, 1985-1988-ci illərdə Nyu-Yorkdakı Kolumbiya universitetində müvəqqəti müəllim kimi çalışıb. İstanbulun küçələrindən, keçmişindən, mahiyyətindən, quruluşundan itkin arvadını axtaran vəkil vasitəsilə söz açan “Qara kitab romanı 1990-cı ildə nəşr olunub. Fransız dilinə tərcüməsilə “Prix Franse Culture mükafatını qazanan həmin əsər keçmişdən və bu gündən eyni həyəcanla danışmağı bacaran yazıçı kimi Orxan Pamuku həm Türkiyədə, həm də dünyada daha da məşhurlaşdırdı. 1991-ci ildə Pamukun Röya adı verdiyi qızı dünyaya gəlib. 1994-cü ildə sirli bir kitabdan təsirlənən universitet tələbəsindən danışan “Yeni həyat adlı poetik romanı çap olundu. Osmanlı və İran naqqaşlarından, Qərbdən xaric aləmin görmə və rəsm çəkmə formalarından sevgi və ailə romanı intriqası ilə söhbət açan “Mənim adım Qırmızı adlı romanı 1980-ci ildə işıq üzü görüb. Həmin kitabla Fransada “Prix du Melleur Livre etranger (2002), İtaliyada “Grinzane Cavour (2002) və İrlandiyada “İnternatinal İmpac – Dublin (2003) mükafatlarını qazanıb. 1990-cı illərin ortalarından Pamuk insan haqları və düşüncə azadlığı məsələlərində yazdığı məqalələrlə Türkiyə dövlətinə qarşı tənqidi mövqe tutub. Ölkədə və xaricdə müxtəlif qəzet-jurnallara yazdığı ədəbi-mədəni məqalələrdən ibarət sanballı toplunu 1999-cu ildə “Başqa rənglər adıyla çap etdirib. “İlk və son siyasi romanım adlandırdığı “Qar adlı kitabını 2002-ci ildə nəşr etdirib. Qars şəhərində siyasi islamçılar, hərbçilər, dünyəviçilər, türk və kürd millətçiləri arasındakı zorakılıq və gərginlikdən bəhs eləyən həmin kitab “New York Times Book Review tərəfindən 2004-cü ilin 10 ən yaxşı kitablarından biri seçilib.

Жанры

Другие книги автора

Все книги: Орхан Памук