DAO DE TZİN

Лао-Цзы, 2022

Цена от 52 ₽ в 1 магазине.

Цены в магазинах

МагазинФорматЦена
ЛитресЭлектронная52 ₽

Электронная: за 30 дней цена была от 52 до 56 ₽.

О книге

Daosizm – ənənəvi Çin dini-fəlsəfi təlimidir. Onun adı praktik olmasından xəbər verir. Daosizm (çin sözü olan daotszyao sözündən yaranıb) – Yol haqqında təlimdir. Yol onun üzərində yeriməyi, yəni praktika tələb edir. Əlbəttə, dao anlayışı dao nəzəriyyəçilərinin kəşfi deyil, çünki konfutsiçilər, legistlər, moistlər, hətta buddistlərin bir hissəsi bizim Həqiqət adlandırdığımız anlayışı bu sözlə ifadə etmişlər. “Həqiqət axtarışı ifadəsinin Çin dilində analoqu “Daonu axtarmaq söz birləşməsidir. Lakin, bizim həqiqətimizdən fərqli olaraq, dao təkcə ontoloji reallıq, məişət və mövcud olan demək deyil. Daonun axtarışı yalnız mövcud olanın axtarışı deyil. O həm də Metod axtarışı və axtarış Metodudur. Təsadüfi deyil ki, bu sözün ilkin mənası “yoldur. Tyantszin şəhərində olsaz, görəcəksiz ki, orada küçələr standart tsze kəliməsi ilə yox, məhz dao kəliməsi ilə işarələnib. Dao praktik və praqmatikdir. O, təkcə həqiqətin özü deyil, həm də onun axtarışıdır, həqiqəti tapmağa kömək olacaq üsuldur.

Жанры

Другие книги автора

Все книги: Лао-Цзы